UNEC İT təhsildə ən yüksək standartları tətbiq edəcək

25 NOYABR 2019 | VIEWS:
1309

UNEC İT sahəsində ən güclü proqramçılar yetişdirən təhsil mərkəzi və kampaniyalarla əməkdaşlığa başlayıb.

Azərbaycan Dövlət İqtisad Universitetində Adaptiv Təhsil Platformasının təqdimatı ilə əlaqədar tədbirlərə başlanılıb. Bu məqsədlə Sankt Peterburq Dövlət Universitetinin Sistem Proqramlaşdırma kafedrasının müdiri, prof. Andrey Nikolayeviç Terexov, sözügedən kafedranın baş müəllimi Marat Nemeşov və  İT proqramlaşdırma üzrə artıq dünyada tanınan və yetişdirdiyi mütəxəssisləri ən məşhur beynəlxalq kampaniyalarda çalışan Lanit-Tercom şirkətinin baş meneceri İgor Sarıçev UNEC-in qonağıdır. İlk gün prof. Andrey Terexov “Sankt Peterburq Dövlət Universitetində İT-kadrların hazırlanması təcrübəsi” (İT şirkətlərlə əməkdaşlıq, əlavə təhsil və texnoloji tədris) mövzusunda təqdimatla çıxış edib. Tədbirdə İT ixtisası üzrə təhsil verən  fakültələrin, kafedraların rəhbərləri, professor-müəllim heyəti, magistr və doktorantlar iştirak ediblər. Prof. Andrey Terexov bildirib ki, onun rəhbəri olduğu kafedra və şirkət hazırda dünyanın ən güclü proqramçılarını hazırlayır. Onlar buna riyaziyyatın mükəmməl tədrisi, təhsildə beynəlxalq standartların tətbiqi və İT sənayesi ilə sıx əməkdaşlıq sayəsində nail olublar.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bununla bağlı tədbirlər noyabrın 27-dək davam edəcək. Sabah Lanit-Tercom şirkətinin baş meneceri İgor Sarıçev və əməkdaşı Marat Nemeşovun Adaptiv Tədris Platforması və Adaptiv Tədrisin imkanları mövzusunda təqdimatı olacaq. Həmçinin professor A.N.Terexovun “SPDU-da qrafik texnologiyaların proqramlaşdırılması tarixi” mövzusunda mühazirəsi dinləniləcək. Mühazirədə Texnologiya və Dizayn fakültəsinin İnformasiya texnologiyaları və Sistem mühəndisliyi ixtisaslarında rus bölməsində təhsil alan II və III kurs tələbələri iştirak edəcəklər.

<a href =”http://news.unec.edu.az/xeber/125-universitet/5908-unec-it-tehsilde-en-yuksek-standartlari-tetbig-edecek“></a>

1310 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser