UNEC magistrləri “Bank of Baku” ASC-nin təqdim etdiyi təcrübə proqramına seçilib

03 MART 2016 | VIEWS:

20160302_133608 (1)-tile-001Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Magistratura Mərkəzinin Maliyyə ixtisası üzrə magistri Aslanova Aybəniz Xaqani qızı və MBA proqramının Menecment ixtisası üzrə magistri Camalova Aydan Elxan qızı “Bank of Baku” ASC-nin təqdim etdiyi Risklərin idarə edilməsi üzrə təcrübə proqramına seçilib.

Təcrübə proqramının seçim turunda UNEC-in 40-a yaxın tələbə və magistr iştirak edib.

Qeyd: UNEC ilə “Bank of Baku” ASC arasında 20 noyabr 2014-cü il tarixində əməkdaşlıq haqqında çərçivə razılaşması imzalanıb. Razılaşmanın məqsədi bankın sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin universitetdə istifadəsinə və universitetin müəllimlərinin və tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır.