UNEC müəllimləri qalib gəlib

Mayın 18-də Ali təhsil müəssisələri işçiləri arasında keçirilən Voleybol üzrə Respublika Spartakiadasında UNEC komandası qalib gəlib. Spartakiada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olub.

Gərgin keçən yarışda UNEC müəllimlərindən ibarət komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandasına 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, mayın 17-də keçirilən yarışda komandamız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin komandasını 2:0 hesabı ilə məğlub edib. UNEC-in müəllimlərindən ibarət komandanın məşqçisi və kapitanı “İdman” klubunun müəllimi Vahid Yolçuyevdir.

Komandamızı təbrik edirik!

20160517_105019

 

 

476 2