aslaned-6319Aslan Əzimzadə

1998-ci il Bakı şəhərində anadan olub. 2004-cü ildə Ə.Mahmudov adına 220 saylı məktəb-liseyə daxil olub. Liseydə oxuduğu illərdə “İrəli” İctimai Birliyinə üzv olub. 2012-ci ildə Azərbaycan Gənclərinin I Liderlik Forumunda iştirak edib. 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü seçilib, bu günə kimi idarə heyətinin üzvüdür. Həmin il “Zdrastvuy Rossiya” layihəsi çərçivəsində Rusiyanın Moskva,Vladimir, Suzdal, Sankt-Peterburq şəhərlərində beynəlxalq treninqlərdə iştirak edərək sertifikatla təltif olunub.

2015-ci ildə UNEC-in Beynəlxalq İqtisadi Münasibətlər (BİM) fakültəsinə qəbul olub. Həmin il BİM fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini və Tələbə Araşdırma Mərkəzinin sədri seçilib. 2017-ci ildən 2018-ci ilin mayına kimi UNEC Tələbə Elmi Cəmiyyətinin sədri olub.

2015-ci il dekabr ayının 21-də “İqtisadi inkişaf qlobal gərginliyin artması şəraitində” tələbə-elmi konfransının plenar iclasında “Azərbaycanda iqtisadi artımın əsas faktorları” adlı elmi məqalə ilə çıxış edərək, II yerə layiq görülüb. UNEC-in 85 illik yubileyində fəal iştirakına görə UNEC rektoru professor Ədalət Muradov tərəfindən mükafatlandırılıb.

“İdeal vətəndaş” jurnalının “İdeal vətəndaş” fəxri diplomuna layiq görülüb. 2016-cı ilin may ayında Tələbə Elmi konfransında elmi məqalə ilə çıxış edərək I yerə layiq görülüb. Həmin ilin may ayında Ümumdünya Ticarət Təşkilatının Bakı Modelinin konfransında iştirak edib.

*

UNEC-də ilk diskurs.az saytında məqalələri yerləşdirilib. “Elm aylığı” çərçivəsində UNEC-də keçirilən elmi məqalə müsabiqəsində sertifikatla təltif olunub. 2016-cı ilin noyabr ayında UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən komitənin ictimai fəaliyyətində göstərdiyi xidmətlərinə görə Fəxri Fərman və İlin sədri mükafatına layiq görülüb. 2017-ci ilin mayında Qazaxıstanın Astana şəhərində keçirilən “Международный форум Победителей “Великая Победа, добытая единством: мужество фронта – стойкость тыла” adlı beynəlxalq konfransda iştirak edib. Qırğızıstan və Rusiya səfirlikləri tərəfindən Fəxri Fərmanla təltif olunub. Şah İsmayıl Xətai Fondunun “Türk Dünyası Dostluq Ordeni”nə layiq görülüb.

aslan40200_nIMG_20171023_213630_184 IMG-20171022-WA0050

*
TEC sədri “Təhsilə dair” verilişində (29.12.2017)
UNEC tələbəsi beynəlxalq konfransda “Ən yaxşı məqalə” mükafatına layiq görülüb (25.10.2017)
UNEC istedadları – tələbə vokalçı (13.10.2017)