UNEC tələbələri arasında rəsm müsabiqəsi

19 OKTYABR 2017 | VIEWS:
1590

UNEC tələbələri arasında 18 oktyabr – Müstəqillik Gününə həsr olunan rəsm müsabiqəsi keçirilib.

Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov tələbələrə bu önəmli günün əhəmiyyətindən söz açaraq, Azərbaycanın müstəqillik tarixi, inkişaf yolu, uğurlu və ardıcıl siyasəti barədə geniş məlumat verib. Diqqətə çatdırıb ki, bu siyasət və görülən tədbirlər nəticəsində Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirib və hazırda ölkəmiz ciddi tərəfdaş kimi dünyada öz yerini tutub.

Tədbirdə I kurs tələbəsi, gənc şairə Ləman Əhmədova öz şeirlərini səsləndirib.

Sonra müsabiqəyə təqdim edilən əsərlər nümayiş etdirilib. Bildirilib ki, müsabiqədə əsasən I kurs tələbələri fəallıq göstərib. Tədbir iştirakçıları I yerə Nərmin Babazadənin əsərini layiq görüblər. II yeri Günay Məmmədli, III yeri isə Nərgiz Əlizadə qazanıb. Hər üçü I kurs tələbəsi olan qaliblərə diplom və medallar təqdim edilib.

Rəsm müsabiqəsinin təşkilatçısı Rus İqtisad Məktəbinin Tələbə Həmkarlar İttifaqı Komitəsidir.

1591 1