UNEC tələbələri müasir istehsal texnologiyaları ilə tanış olublar

23 NOYABR 2016 | OXUNUB:
331

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi Əmtəəşünaslıq fakültəsi İstehlak mallarının ekspertizası kafedrası ilə birlikdə tələbələr üçün informasiya turu təşkil edib. Tələbələr bu dəfə “ALYANS TEXTİL MMC” müəssisəsindəki istehsal prosesi ilə yaxından tanış olublar.

İnformasiya turunda tələbələr müəssisənin fəaliyyəti, istehsal edilən məhsullar, onların çeşidi, tətbiq edilən müasir avadanlıqlar, məhsulların istehsal texnologiyasının keyfiyyətə təsiri barədə ətraflı məlumat alıblar.

Sonda tələbələrin müəssisədə gənclərə yaradılan karyera imkanları barədə sualları cavablandırılıb.

332 2