UNEC tələbələri Şahdağ Qış-Yay Turizm Kompleksində

07 DEKABR 2015 | VIEWS:
2367

Şahdağ Qış-Yay Turizm Kompleksində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İşlətmə fakültəsinin tələbələrinə “Otelçilik və Qış Turizmi” mövzusunda təlim keçirilib.

“Gənclərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyi ilə Şahdağ Qış-Yay Turizm Kompleksinin təşkilatçılığı ilə keçirilən təlim Şahdağ qış-yay turizm kompleksinə daxil olan “Zirvə” otelinə ekskursiya ilə başlayıb. Tələbələr otelin fəaliyyəti ilə tanış olublar.

Təlimdə tələbələrə otel idarəetmə sistemi, otellərdə korporativ idarəetmə, strateji idarəetmə, satış və reklamçılıq mövzularında və otellərdə istifadə olunan Opera proqramı haqqında ətraflı məlumat verilib.

Sonda iştirakçılara “Gənclərin Maarifləndirilmısinə Kömək” İctimai Birliyi və Şahdağ Qış-Yay Turizm Kompleksinin sertifikatları təqdim olunub.

 

2368 2