UNEC tələbələri şəhid Ülvi Hacıyevin ailəsini ziyarət ediblər

18 YANVAR 2021 | VIEWS:
308

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri və fəalları Vətən müharibəsində qəhrəmancasına şəhid olan UNEC-in məzunu Ülvi Hacıyevin ailəsini və məzarını ziyarət ediblər. Görüşdə II Qarabağ müharibəsində qazi olan UNEC tələbəsi Ağaəli Quliyev də iştirak edib.

Ülvi Hacıyevin anası Həmidə xanım oğlu tələbələrlə oğlu haqqında xatirələrini bölüşüb. Ülvinin ailəsinə, vətəninə bağlı biri olduğunu, onun bir çox müsbət xüsusiyyətləri ilə yaxınlarının və dostlarının sevgisini qazandığını bildirib. Kiçik yaşlarından oğlunun üzgüçülüklə məşğul olduğunu, bir sıra medallarla təltif edildiyini deyən Həmidə xanım, Ülvinin idmanla yanaşı, təhsilinə də məsuliyyətlə yanaşdığını deyib. Ülvinin 2012-ci ildə UNEC-in İqtisadiyyat fakültəsinin rus bölməsinə, bakalavr təhsilini bitirdikdən sonra isə 2016-cı ildə “Biznesin təşkili və idarə edilməsi” “Maliyyə ixtisaslaşması” üzrə magistratura pilləsinə qəbul olduğunu bildirib.

Ülvinin İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollandığını deyən Həmidə xanım oğlundan, oğlunun sonuncu dəfə 15 oktyabrda qohumları ilə əlaqə saxladığını, sonradan isə 50 günə yaxın xəbər ala bilmədiklərini söyləyib. Ailəsi onun hələ də sağ olduğunun və evinə salamat dönəcəyinə ümidlli olsalar da, onlara Ülvi Hacıyevin Fizuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucaldığı deyilib.

Noyabrın 30-da Ülvi Hacıyev II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Görüşdə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı THİK-in Fəxri Fərmanını şəhidin ailəsinə təqdim edib. Bildirib ki, 26 illik ömrünü qəhrəman kimi başa vuran Ülvi Hacıyevin əziz xatirəsi hər birimizin qəlbində əbədi olaraq yaşayacaqdır.

Sonra tələbələr Ülvi Hacıyevin II Fəxri Xiyabandakı məzarını ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər və məzarı önünə gül dəstələri düzüblər.

*

https://news.unec.edu.az/xeber/105-telebe/7062-bold-unec-telebeleri-shehid-ulvi-haciyevin-ailesini-ziyaret-edibler-bold

309 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno