UNEC tələbələri üçün iki günlük təlim – qeydiyyat başlandı

13 APREL 2018 | VIEWS:
1483

deloitte_0UNEC Karyera Mərkəzi Deloitte Şirkəti ilə birlikdə təlim keçirəcək.

İki gün davam edəcək təlimlərdə şirkətin mütəxəssisləri tələbələrə CV yazma üsulları, müsahibədə davranış qaydaları, biznes etika və maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən Excell proqramının tətbiqi haqqında məsləhət verəcəklər. “Biznes etika” təlimi şirkətin audit üzrə partnyoru Kelli Allen tərəfindən ingilis dilində (tərcüməsiz) keçiriləcəkdir. Təlimdə iştirak üçün qeydiyyatdan keçən ilk 30 tələbə dəvət olunacaq və sonda iştirakçılara sertifikat təqdim ediləcək.

Təlimdə iştirak etmək istəyən tələbələr CV-lərini aprelin 25-dək karyera@unec.edu.az elektron ünvanına göndərə bilərlər. Elektron poçtun “mövzu” bölməsində “Deloitte – telim” yazmağınız xahiş olunur. Təlimə gələrkən şəxsi noutbuklarınızla gətirməyiniz arzuolunandır.

Təliminin keçirilmə tarixi: 26-27 aprel
Başlanma saatı: 10.00 – 13.00
Keçiriləcəyi yer: UNEC-in əsas tədris binası, II mərtəbə, 200 saylı otaq

1484 1