UNEC tələbələri üçün yeni layihə: “EconomiX”

10 APREL 2018 | VIEWS:
2051

DSC_0071.-002İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım İctimai Birliyi “EconomiX” layihəsini təqdim edir.

Layihə çərçivəsində iqtisadiyyatla bağlı müxtəlif kursların açıq tədrisi aparılacaq. İlkin olaraq İqtisad-1 kursu üzrə UNEC-in bir neçə müəlliminin mühazirələri təşkil ediləcək. İqtisad-1 kursu aprelin 13-dən mayın 11-dək həftənin 1-ci və 5-ci günləri saat 15.00-da UNEC-in əsas tədris binasında təşkil ediləcək.

Mühazirələrdə iştirak edəcək tələbələrə online oxu materialı göndəriləcək. Hər mühazirənin sonunda öncəki mühazirələrin imtahanı aparılacaq. Mühazirələrin 50-55 dəqiqə müddətində davam etməsi nəzərdə tutulub. Kursu uğurla başa vuran tələbələrə sertifikatlar təqdim ediləcəkdir.

“EconomiX” layihəsində iştirak etmək istəyən tələbələr qeydiyyatdan keçmək üçün ərizə formasını doldurmalıdırlar. Qeydiyyat linki: https://goo.gl/forms/BwlwYHBwSwbJBYaw1

2052 1