Radio UNEC-in aparıcıları Xəzər TV 103 FM-in qonağı olublar

18 OKTYABR 2016 | OXUNUB:
750

xezer66UNEC Yaradıcılıq Mərkəzinin üzvləri və Radio UNEC-in aparıcıları Xəzər TV 103 FM-də yayımlanan “Danışır Xəzər” verilişinin qonağı olublar. Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov, mərkəzin “Vokal dərnəyi”nin üzvü Aslan Əzimzadə, RadioUNEC-in “Qlobus”, ”Günün Trendi”, ”UNEC News” “Azərbaycanım”, “İqtisad Xəbərləri”, “Biz də tələbə olmuşuq”, “Call Student” verilişlərinin aparıcıları Sədaqət Məmmədli, Firəngiz Quliyeva və  Aytən Həsənova UNEC haqda danışıblar. UNEC tələbələrinin asudə vaxtının səmərəli keçirilməsində Yaradıcılıq Mərkəzinin rolu, eyni zamanda Radio UNEC-də tələbə layihələri, müəllif proqramları barədə 103 FM dinləyicilərinə geniş məlumat veriblər.  Vokalçı Aslan Əzimzadənin canlı ifası maraqla qarşılanıb.

 

751 1