UNEC tələbəsi təqaüd proqramının qalibi olub

10 YANVAR 2017 | OXUNUB:
963

UNEC tələbəsi Azercell Telekom MMC-nin Tələbə Təqaüd proqramının qalibi olub. Beynəlxalq İqtisadiyyat Məktəbində Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alan III kurs tələbəsi Rafiq Abbasovla birlikdə Tələbə Təqaüd Proqramının mərhələli seçimləri nəticəsində 27 tələbə Azercellin təqaüdçüsü adına layiq görülüb.

Qalib tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.

İki mərhələli seçim turunun birinci mərhələsində tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsi olub. Həmin müddətdə universitetlərdə Azercellin İnsan Qaynaqları mütəxəssisləri tərəfindən təqdimatlar keçirilib. İkinci mərhələdə iştirak edən tələbələrə məntiq məsələlərindən ibarət olan onlayn tapşırıqla yanaşı, ingilis dili tapşırığı verilib. Bundan əlavə tələbələr Azercellin İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndiriliblər. 

964 1