UNEC-in tələbə və müəllimləri üçün IPRbооks elektron kitabxana sisteminə çıxış imkanı

05 DEKABR 2017 | VIEWS:
1035

kxana11окƏziz tələbələr, magistrlər, müəllimlər və kitabxananın heyəti!

Əziz tələbələr, magistrlər, müəllimlər və kitabxananın heyəti!

UNEC dekabr ayı ərzində IPRbооks elektron kitabxana sisteminə çıxış imkanı əldə edib.

EKS IPRbooks UNEC-də reallaşdırılan tədris istiqamətləri üzrə lisenziyalı tədris və elmi ədəbiyyat, dövri nəşr, audiokitab, video kurs və online testləri özünə birləşdirən unikal bir resursdur. Platformada dərc olunan materialların ümumi sayı 118 mindən çoxdur.

EKS IPRbooks platformasında açıq internet şəbəkəsində tapıla bilməyən ən aktual kitablara giriş imkanı var. UNEC daxilində istənilən kompüterdən IPRbooks platformasına http://iргbооkshор.гu daxil olmaq mümkündür.

Bazaya daxil olmaq üçün qeydiyyatdan keçmək lazımdır. Yeni istifadəçilər login və parolu Elektron İdarəetmə Mərkəzindən (I tədris binası -111-ci otaq, II tədris binası – 118-ci otaq, IV tədris binası – 220-ci otaq) əldə edə bilərlər.

1036 1