Kafedra haqqında

Universitetin «Vergi və vergiqoyma» kafedrası Azərbaycan Res­pub­likasının Vergilər Nazirliyi ilə Azərbaycan Dövlət İqtisad Uni­versiteti arasında 19 noyabr 2001-ci ildə bağlanmış əməkdaşlıq haq­qında müqavilə əsasında yaradılmışdır. İlk vaxtlar (2001-2007-ci illər) kafedraya AMEA müxbir üzvü, i.e.d.,prof. A.F.Mu­­sayev rəhbərlik etmişdir. Hazırda kafedraya iqtisad elmləri doktoru Yaşar Atakişi oğlu Kəl­biyev başçılıq edir.

Təhsilin bakalavr pilləsində oxuyanlar üçün kafedranın pro­fes­sor-müəllim heyəti tərəfindən «Vergi sistemi», «Vergitutmanın nəzəri və metodoloji əsasları», «Azərbaycan Respublikasının vergi xidməti: is­la­­hatlar və nəticələr», «Vergi mədəniyyəti», «Vergi siyasətinin iqti­sadi problemləri», «Vergilər və vergitutma: sxem və cədvəllərdə», «Ver­gi nəzarəti», «Налоги и налогооблоcение в Азербайджане», «Vergilər və vergitutma», «Büdcə sistemi», «Beynəlxalq vergitutmada offşor mexanizmlərin tətbiqi», «Vergi menecmenti», «İqtisadi tərəqqi və vergi siyasəti», «Yerli özünüidarəetmə (bələdiyyə) orqanlarının ver­gi sistemi» adlı dərslik və dərs vəsaitləri, «Vergilər və iqtisa­diy­yatın vergi tənzimlənməsi» adlı dərs vəsaiti tərcümə edilərək çap edilmiş, Vergilər Nazirliyinin Tədris Mərkəzinin kö­məkliyi ilə mövzuların interaktiv üsullarla tədrisi məqsədilə proq­ramlar hazırlanmışdır. «Vergi inzibatçılığı», «Vergilərin planlaşdırıl­ma­sı və proqnozlaşdırılması» və «Xarici ölkələrin vergi sistemləri» adlı dərslikləri də çapa təqdim edilmişdir.

Nəzəriyyə ilə təcrübəni biri-birinə yaxınlaşdırmaq məqsədilə Azərbaycan Respub­li­kası Vergilər Nazirliyinin aparıcı mütəxəssisləri tədris prosesinə cəlb edilirlər. Vergilər Nazirliyinin əmək­daş­ları kafedranın tədris prosesində iştirak edir, metodiki köməklik göstərir, tələbələrin istehsalat təcrübəsini təşkil edirlər.

Vergi işinin təşkili və idarə edilməsi ixtisasında bakalavr və magistr təhsili alan tələbələr Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Depar­ta­mentinin müvafiq idarələrində, Vergi Auditi Departamentində, Xü­su­si Recimli Vergi Xidməti Departamentində istehsalat və diplom­qa­bağı təcrübə keçirlər.

Vergilər Nazirliyi tərəfindən nəşr olunan «Vergilər» qəzetində və «Azərbaycanın vergi xəbərləri» jurnalında və digər nəşrlərdə kafed­ranın əməkdaşlarının elmi məqalələri müntəzəm olaraq çap edilir.

Fəaliyyət göstərdiyi dövr ərzində kafedranın əməkdaşları tərəfin­dən 11 dərslik, 5 dərs vəsaiti, 8 tədris-metodiki vəsait, 3 monoqrafiya, fənn proqramları və çoxlu sayda elmi məqalələr nəşr edilmişdir.

«Vergi və vergiqoyma» kafedrası yarandığı gündən fəal olaraq elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə qoşulmuşdur. Fəaliyyət göstərdiyi dövr ərzində kafedranın elmi fəaliyyətinin əsas istiqaməti müəy­yən edilmiş, vergi siyasətinin əsasını təşkil edən vergi yükünün müəyyən edilməsinin nəzəri-metodoloji və metodiki məsələləri öyrənil­məyə başlanmışdır. Bunun müasir mərhələdə Azərbaycan Respublika­sın­da vergi siyasətinin müəyyənləşdirilməsində vergi yükünün rolu araş­dırılmış, vergi ağırlığını formalaşdıran amillərin büdcə gəlirlərinə təsiri tədqiq edilmiş və qiymətləndirilmiş, dövlətin vergi siyasətinin əsas istiqamətləri müəyyən edilmiş, vergi yükü ilə iqtisadi artım parametr­lərinin qarşılıqlı əlaqəsini əks etdirən model qurulmuşdur. Burada, həm­çinin, Azərbaycan Respublikasında sahələr üzrə vergi yükü göstəriciləri və vergi tənzimlənməsindən istifadə etməklə sahələrin inkişafının stimullaşdırılması yolları araşdırılmış, müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin və dövlətin fiskal siya­sə­tinin əsas kriteriləri verilmiş, maddi istehsalın digər sahələrində vergi yükünün təhlili aparılmış, vergi yükünün təsirini nəzərə almaqla büdcə gəlirlərinin proqnozlaş­dırılması həyata keçirilmişdir.

*

Kafedranın əsas elmi fəaliyyət istiqaməti olan vergi siyasətinin və vergi sisteminin aktual problemləri hazırda ölkəmizdə həyata keçirilən iqtisadi islahatların ən mürəkkəbidir. Problemlərin nəzəri və ümumi məsələləri ölkəmizin iqtisadçı alimləri tərəfindən daim öyrənilir, tədqiq olunur, bu gün də öz aktuallığını saxlamaqdadır. Bu baxımdan bu sahədə demək olar ki, elmi məktəb formalaşmış, vergilərin və vergitutmanın müxtəlif sahələrini əhatə edən dissertasiyalar müdafiə edilmiş, alimlər yetişmişdir.

Ölkənin maliyyə potensialının artırılmasında fiskal siyasətin rolu böyükdür və onun tətbiqi məsələləri aktual olaraq qalmaqdadır. Bu problemin həlli məqsədilə «Azərbaycan Respublikasinin vergi siyasəti və müasir şəraitdə onun təkmilləşdirilməsi istiqamətləri» mövzusunda elmi-tədqiqat işi yerinə yetirilmişdir. Burada vergi siyasətinin nəzəri-meto­doloji əsaslari araşdırılmış, Azərbaycan Respublikasının müasir vergi siyasəti təhlil edilmiş və ölkənin sosial-iqtisadi inkişafinda onun rolu müəyyənləşdirilmiş, maliyyə böhranına qarşı tətbiq olunan vergi siya­sətinin istiqamətləri göstərilmiş və müasir şəraitdə vergi siyasətinin təkmilləşdirilməsi istiqamətləri qeyd olunmuşdur.

«Maliyyə-kredit sistemi təşkilatlarının və lizinq əməliyyatlatının vergiyə cəlb edilməsi xüsusiyyətləri», «Ticarət və xidmət sahələrinin vergiyə cəlb edilməsi xüsusiyyətləri» və «Tikinti təşkilatlarının vergiyə cəlb edilməsi xüsusiyyətləri» mövzularında elmi-tədqiqat işlərinin yerinə yetirilməsi istiqamətində işlər həyata keçi­rilir.

*

İxtisas:

Vergi işinin təşkili və idarəedilməsi

Tədris olunan əsas fənlər:
  • Vergi sistemi,
  • Vergi və vergitutma,
  • Vergi inzibatçılığı,
  • Vergilərin proqnozlaşdırılması və planlaşdırılması,
  • Vergi uçotu, hesabatı və auditi,
  • Vergi nəzarəti,
  • Xarici ölkələrin vergi sistemi

*

Kafedranın e-k/xanası:

Y.Kəlbiyev. “Vergi siyasətinin konseptual əsasları və praktiki aspektləri”
Vergi hüququ. Dərslik
L.XodovVergilər və iqtisadiyyatın vergi tənzimlənməsi. L.Xodov

*

Professor-müəllim heyəti:

  1. i.e.d., prof. Kəlbiyev Yaşar Atakişi (kafedra müdiri)
  2. i.e.n., dos. Rzayev  İmran Mirzə
  3. i.e.n., dos. Məhərrəmov Ramiz Bulut
  4. i.e.n., dos. Rzayev Zahid Hüseyn
  5. i.e.n., dos. Salayev Rauf Arif
  6. i.e.n., dos. Sadıqov Tahir Əli
  7. i.f.d, dos. Paşayev Zöhrab Şahin
  8. i.e.n., dos. Mehdiyeva Leyla Tofiq
  9. i.e.n., dos. Qubadova Aybəniz Ənvər
  10. i.e.n., b/m. Məmmədova Gülsüm Mirdaməd
  11. i.e.n., b/m. Zeynalov Zeynal Səməndər