Yenidənhazırlanma təhsili

Yenidənhazırlanma təhsili ilkin baza peşə-ixtisas təhsili almış və müəyyən əmək sahəsində çalışan hər bir vətəndaşın müvafiq sahə üzrə yeni peşə və ixtisasa yiyələnmək istəyini həyata keçirən əlavə təhsil formasıdır və kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir. Bu təhsil forması ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ili­nə hesablanmış saatdan çox olmaması şərtilə mütəxəssislərə verilən əlavə təhsildir. Proqramlar arasındakı fərq yenidənhazırlanma təhsili verən müəssisə tərəfindən müəyyən edilir.

Yenidənhazırlanmaya icazə verilmiş ixtisasların, eləcə də bu ixtisasa yiyələnmək üçün tələb olunan baza ixtisaslarının siyahısı hər il əlavə təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və təsdiq edilir .

Yenidənhazırlanma təhsili üzrə proqramları tam mənimsəyən, dövlət attestasiyasından müvəf­fəqiyyətlə keçən hər bir dinləyiciyə vahid formada dövlət sənədi – diplom verilir. İşə qəbul zamanı yenidənhazırlanma haqqında verilmiş diplom baza təhsili diplomu ilə birgə təqdim edildikdə hüquqi əsasa malikdir.

 “Dünya iqtisadiyyatı”, “Maliyyə” ixtisasları üzrə tədris ali təhsilli qruplarda, “Maliyyə işi” ixtisası üzrə tədris isə orta ixtisas qruplarında həyata keçirilir.

Mərkəzdə 2015-2016-cı tədris ili üçün aşağıda qeyd olunan ixtisaslar üzrə yenidənhazırlanma təhsilə qəbul həyata keçirilir:

  • Dünya iqtisadiyyatı
  • Maliyyə
  • Maliyyə işi (orta ixtisas)
5810 1