a 012Zeynalova Gülnarə Ələkbər qızı

Gulnara_Zeynalova@unec.edu.az     

20 iyul 1964-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. 1981-ci ildə Sumqayıt şəhər 23saylı orta məktəbi bitirmişdir.

1984-1989-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində (tərcüməçi qrupu üzrə) ali təhsil almış və oranı bitirmişdir.

1989-1996-cı illərdə Azərbaycan Milli Bankında rus-Azərbaycan dilləri üzrə tərcüməçi vəzifəsində çalışmışdır.

 

1997-ci ildən bu günədək Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasında çalışır.

AMEA-nın Nəsimi ad. Dilçilik İnstitutunun dissertantıdır, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə ərəfəsindədir.

G.Ə.Zeynalova Azərbaycan dilçiliyinin tədqiqi ilə bağlı 15 elmi məqalənin müəllifidir.

Ailəlidir.