1991-2001-ci illərdə Bakı şəhəri, Səbail rayonu,
132 saylı məktəbdə təhsil almışdır.
2001-2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (Bakalavr) təhsil almışdır.
2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.
2006-cı ildə Bank of BakuASC-də əməliyyat bölməsində mütəxəssis işləmişdir.
2010-2013-ci illərdə İqtisad Universitetinin “Biznesin idarə edilməsi” kafedrasında böyük laborant işləmişdir.
2013-cü ildən “Biznesin idarə edilməsi” kafedrasının assistent-müəllimidir.
2011-ci ildən İqtisad Universitetinin doktorantıdır.
2012-2013-cü illərdə Layihələrin idarə edilməsi, Peşəkar İnkişaf Proqramı, School of Project Management, The George Washington University və Xəzər Univeristetinin təşkilatçılığı ilə magistr dərəcəsi almışdır.
“Business and Economics Education: from Cirriculum Development to Implementation”adlı kursu, Eastern Mediterranean University, Famagusta, Türkiyənin Şimali Kipr adasında keçmişdir.
2012–ci ildə (23-25 Noyabr) “Biznes inzibatçılığı və korporativ sosial məsuliyyət” adlı beynəlxalq konfransın üzvü olmuşdur.
2013-cü ilin aprel ayında Portuqaliyanın Lissabon şəhərində keçirilən 15-ci İAMB konfransında Impacting of Human Resource Department’s Career Developing Strategy to Firm’s Competitive Power (In Azerbaijan Firms Example)” İMPACT faktorlu jurnalda məqaləsi çıxmışdır.
UNEC-in “İqtisadiyyat və idarəetmə” kafedrasının müəllimi olub.
20.04.2022-ci il tarixdən həmin kafedranın baş müəllimi vəzifəsinə keçirilib.
20 elmi əsərin müəlifidir, onlardan 13 məqalə (3 xarici ölkələrdə çapdan çıxmışdır), 4 tezis, 3 dərsliyin həmmüəllifidir.
UNEC Academic Thinking: “Human development” (23.11.2016)