1 aprel 1962-ci ildə Rusiyanın Tümen şəhərində anadan olub.
1980-1985-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsində ali təhsil almışdır.
1990-cı ildən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim kimi fəaliyyətinə başlamışdır.
1994-2000-ci illərdə Beynəlxalq İdarəetmə və Biznes İnstitutunda çalışmışdır.
2001-2007-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “İqtisadiyyat” və “İqtisadi nəzəriyyə” kafedrasında baş müəllim vəzifəsində işləmişdir.
2007-2009-cü illərdə Bakı Biznes Universitetində “Gömrük işinin təşkili və vergiqoyma” kafedrasında baş müəllim işləmişdir.
*
2009-cü ildən 2017-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasında baş müəllim kimi fəaliyyət göstərib.
2017-ci ildən UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının baş müəllimidir.
11.09.2023-cü ilə kimi UNEC-in Rus İqtisad Məktəbinin direktor müavini olub.
Hazırda UNEC-in “Tətbiqi iqtisadiyyat” kafedrasının baş müəllimidir.
Ailəlidir. İki övladı var.