3

tex.e.n., dos. Sultanov Elmar Çingiz oğlu

10.05.1965-ci ildə Baki şəhərində anadan olmuşdur.

1982-ci ildə Azərbaycan Texnologiya İnstitutunun “Mexanika” fakültəsinə daxil olmuşdur. 1983-1985-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1985-ci ildən təhsilini davam edib və 1989-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirərək “Yeyinti sənayesinin maşın və aparatları” üzrə Mühəndis ixtisasını almışdır.

1989-1990-ci illərdə Bakı Karamel fabrikasında və 1991-1994-ci illərində Baki şəhəri “Abşeron” mehmanxanasında “Qida istehsalı üzrə avadanliqlar” üzrə mühəndis vəzifəsində çalışıb.

01.06.1995-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasında assistent və baş müəllim vəzifələrində çalışmışdır. 2000-ci ildə həmin kafedrasının dissertantı təyin olunmuşdu.

2007-ci ildə Azərbaycan Texniki Universitetinin nəzmində olan ixtisaslandırılmış müdafiə şurasında 05.02.01 «Maşınqayırma üzrə materialşünaslıq» ixtisası üzrə “Ekstruziya və təzyiq altında tökmə üsulları ilə polivinilxlorid və onun kompozisiyalarından hazırlanan məmulatların keyfiyyətinin yüksəldilməsi” mövzu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir və 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Texnika elmləri namizədi Alimlik dərəcəsinə layiq görülmüşdir.

2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının Dosent vəzifəsinə təyin edilmişdi.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in “Mühəndislik” fakültəsinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının Dosenti vəzifəsində çalışır.

39 Elmi metodiki məqalənin, o cümlədən 2 Dərslik, 3 Dərs vəsaiti, 3 Metodiki göstərişin, 6 fənn üzrə Proqramın və 1 İxtira müəlliflik şəhadətnaməsinin müəllifidir. Nəşr edilmiş Elmi əsərlər Respublikanın Ali Attestasiya Komissiyası tərəfindən nüfuzlu hesab edilən Elmi jurnallarda dərc olunmuşdur. Xarici ölkələrdə keçirilən Beynəlxalq Simpozium və Konfranslarda məruzələrlə çıxışları olmuşdur.

Ailəlidir, üç övladı və bir nəvəsi var.

*

eee3eee355eee34eee366