Ləman Əhmədova akademik Zərifə Əliyeva adına liseyi bitirib. 15 yaşından şeir yazmağa başlayan Ləman əsasən, təbiət, sevgi, düşüncə və hisslərlə bağlı mövzulara üstünlük verir. Onun şeirləri 2016-cı ildə Rusiyanın “İlin şairi” milli ədəbiyyat mükafatına təqdim olunan şeirlər məcmusu – “Debüt 2016”da dərc edilib. Burada Ləmanın 7 şeiri yer alıb. Bundan başqa, tələbə şairənin şeirləri müxtəlif ədəbi portallarda və sosial şəbəkələrdə böyük populyarlıq qazanıb.
Hazırda UNEC-in Rus İqtisad Məktəbində sənayenin təşkili və idarəolunması ixtisası üzrə təhsil alan Ləman gələcəkdə peşəkar mütəxəssis kimi fəaliyyət göstərməyi düşünür. O, nə vaxtsa UNEC-lə bağlı şeir yaza biləcəyini də istisna etmir.
Ləman Əhmədovanın şeirlərini təqdim edirik:
“UNEC istedadları” – rəssam tələbə (29.09.2017)