Filiala qiyabi əsaslarla təhsil bu ildən 4 ixtisas – turizm, maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat üzrə həyata keçirilib.
Zaqatala filialında tədrisin təşkilinin mövcud vəziyyətinin təhlil edilməsi məqsədi ilə UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti filiala ezam olunub.
Nümayəndə heyəti I kurs tələbələri ilə görüşüb, onların tədris prosesi ilə tanış olublar. Rektorun filiallar üzrə məsləhətçisi, professor Rövşən Göyüşov, Distant Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev qiyabi təhsil alan tələbələri maraqlandıran sualları cavablandırıblar.
Səfər çərçivəsində əyani təhsil alan tələbələrin kollokviumlarının gedişi də izlənib, nəticələr müzakirə olunub.