1982-ci ildə ən yüksək balla Azərbaycan Pedoqoji Xarici Dillər
İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) “Ingilis dili”
fakultəsinə daxil olmuşdur. Tələbəlik illərində bir sira elmi müsabiqələrin
qalibi olmuş, Bakı Komsomol Məktəbini bitirmiş, Sov.İKP sıralarına
daxil olmuş, Almaniya Demokratik Respublikasında alman dili üzrə kurs keçmışdir. 1987-ci ildə həmin İnstitutu müvəffəqiyyətlə bitirmışdir.
2000-2014-cü illərdə Azərbaycan Dillər Universitetində, Qərb Universitetində, Bakı Dövlət Universitetində saathesabı müəllim kimi çalışmışdır.
2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Xarici Dillər” kafedrasında saathesabı, 2007-ci ildən müəllim, 2019-cu ildən isə baş müəllim kimi fəaliyyət göstərir.
2003-cü ildən hal-hazıradək 20-dən artıq xarici və yerli təlimləri (müsabiqə yolu ilə) uğurla tamamlayraq sertifikatlar almışdır.
2014 – “MEVLANA”proqramı ilə Türkiyənin İstanbul Universitetinə ezam olunmuşdur.
2014 – Elm və Təhsil Nazirliyi tərəfindən“SABAH” müəllimi seçilmişdir.
2014 -2018 – AMEA Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin dissertantı olmuşdur.
*
2022 – Azərbaycan Dillər Universitetində “German dilləri” ixtisası üzrə dissertasiya işini uğurla müdafiə etmiş və AAK-ın qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
İşlədiyi müddətdə həm xaricdə, həm də ölkə daxilində bir sıra beynəlxalq və respublika konfranslarında məruzələrlə çıxış etmişdir.
Müasir dilçiliyin aktual problemlərindən və zəruri məsələlərindən bəhs edən bir sıra elmi əsərlərin, IELTS (2010) və İşgüzar İngilis Dili (ESP) (2015) üzrə Tədris Proqramlarının müəllifidir.
*
Üzv olduğu cəmiyyət və təşkilatlar:
1999 – Azərbaijan Qadınlar Cəmiyyəti
2002 – Yeni Azərbaycan Partiyası
2003 – Azərbaycan İngilis Dili Müəllimlər Assosiasiyas (AzETA)