UNEC-də “Startap Günü” – “Azərbaycanda blokçeyn texnologiyalı startapların yaradılması perspektivləri”

06 NOYABR 2017 | VIEWS:

UNEC-də “Startap Günü” keçirilib.

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyində müvafiq Strateji Plan təsdiq edilib. Sənədin icrası məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində “Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı (2017-2020-ci illər üçün)”na təsdiqlənib.

“Startap Günü” UNEC-in Strateji Planına əsasən həyata keçirilib.

UNEC-in Karyera Mərkəzi və İnnovativ Biznes İnkubatorun (İBİ) təşkilatçılığı ilə keçirilən  “Startap Günü”ndə “Azərbaycanda blockchain texnologiyalı startapların yaradılması perspektivləri” müzakirə edilib.

İBİ-nin direktoru Mircavid Həsənov iştirakçılara UNEC İnnovativ Biznes İnkubatorunun fəaliyyəti barədə geniş məlumat verərək, burada həyata keçirilən uğurlu startap layihələrindən söz açıb. UNEC-in layihələr və xarici tələbələr üzrə meneceri Fəxri Məmmədovun kriptovalyuta ticarətində təhlükəsizlik mövzusunda çıxışı tələbələrin xüsusi marağına səbəb olub. “E-Ticarət” icmasının rəhbəri Rəşad Camal “Bitcoin və Altcoin” haqqında ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Kriptovalyuta ticarəti üzrə ekspert Orxan Əhməd isə blokçeynin layihələrdə tətbiqi və şəxsi coinlərin yaradılmasından bəhs edərək, tələbələrlə günün ən aktual məsələlərindən olan blokçeyn haqqında fikir mübadiləsi aparıb.

“Startap Günü”ndə mayninq şirkətini necə qurmalı mövzusunda müzakirələr aparılıb. Ekspertlər tələbələrin coinləri əldə etməyin üsulları, onların real valyutaya konvertasiyası və blokçeyn texnologiyalarını hansı sahələrə tətbiq etməyin mümkünlüyü barədə suallarını cavablandırıblar.

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - twitch viewer bots - Postegro