Z.Məmmədov dinləyicilərə UNEC-in nümayəndə heyətinin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən “Avrasiya iqtisadi perspektivi” V Beynəlxalq Avrasiya İqtisadi Forumundakı iştirakından bəhs edib. O, UNEC-in rektoru, professor Ədalət Muradovun forum çərçivəsində Avrasiya Universitetlər Assosiasiyası, Sankt-Peterburq Dövlət İqtisad Universiteti rəhbərliyi ilə keçirdiyi görüşlərdən danışıb. Z.Məmmədovun sözlərinə görə, Rusiyanın tanınmış iqtisadçıları pedaqoji fəaliyyətlərini UNEC-də davam etdirməkdə maraqlıdırlar.
Verilişin aparıcısı UNEC-in Marketinq və Kommunikasıya Departamentinin direktoru Rasim Şərifov olub.
Verilişin audio yazısını buradan dinləyə bilərsiniz.