10 avqust 1953-cü ildə İmişli rayonunun Cəfərli kəndində anadan olub.
1960-1970-ci illərdə İmişli rayon Cəfərli kənd orta məktəbində təhsil alıb.
1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna, (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olub,
1977-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.
1985-ci ildə həmin institutun aspiranturasını bitirib, dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 2022-ci ilin sentyabrına kimi UNEC-in “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri olub.
2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Universitetdə fəaliyyət göstərən doktorluq müdafiəsi üzrə müdafiə şurasının üzvüdür.
70-dən çox elmi məqalənin, monoqrafiyaların müəllifidir.
Ailəlidir, üç övladı, iki nəvəsi var.
Pakistanlı tədqiqatçı UNEC-də (08.12.2017)
UNEC-də müzakirə: “Riçard H.Thalerin davranış iqtisadına töhfələri” (14.11.2017)
UNEC eksperti: “Ölkənin iqlim şəraiti nəzərə alınmaqla, əkin növbəliliyi təyin olunmalıdır” (25.09.2017)
Bilik Fondunda iqtisadçı alimlərlə görüş keçirilib (05.07.2017)
UNEC eksperti: İqtisadiyyatın yeni mənbələr hesabına stimullaşdırılması xarici iqtisadi fəaliyyətin canlanmasında da öz əksini tapacaq (12.05.2017)
UNEC professorları: “Strateji Yol Xəritəsi milli iqtisadi inkişafın əsas konturlarını dəqiq müəyyən edir” (10.02.2017)
UNEC-də seminar: Maliyyə xidmətlərinin inkişafı real sektorun dayanıqlılığını təmin edəcək (19.01.2017)
UNEC eksperti: Milli iqtisadi inkişaf (“Respublika” qəzeti – 13.01.2017)