Aprelin 5-də Qazaxıstanın Almatı şəhərində 19-cu Beynəlxalq Təhsil və Karyera sərgisinin açılış mərasimi olub. Sərgidə UNEC-i Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov ilə Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşı Afət Ələkbərova təmsil edir.
Dünyanın aparıcı universitetlərinin yer aldığı sərgidə Cənubi Qafqazın 4 dildə təhsil verən ən böyük iqtisadyönümlü universiteti olan UNEC-in guşəsi ziyarətçilərin xüsusi marağına səbəb olub. Dünya təhsil bazarında, o cümlədən nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yüksəldiyini nəzərə alaraq ölkəmizdə iqtisadyönümlü təhsil almaq istəyən ziyarətçilər UNEC Biznes Məktəbi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, Beynəlxalq İqtisadiyyat Məktəbi və Rus iqtisad Məktəbinə qəbulla bağlı suallar ünvanlayıblar. Onlar UNEC-ə əcnəbi tələbələrin cəlb olunması istiqamətində həyata keçirilən yeniliklərlə maraqlanıblar.
Sərgi aprelin 7-dək davam edəcək.