11 noyabr 1987-ci ildə Rusiya Federasiyası Stavropol vilayətinin Stepnov rayonunda anadan olmuşdur.
1994-2005-ci illərdə Bakı şəhəri, Nizami rayonu 109 saylı məktəbdə orta təhsil, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə bakalavr təhsili, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat fakültəsinin Deformasiya olunan bərk cisim mexanikası ixtisası üzrə magistr təhsili almışdır. Magistraturanı fərqlənmə diplomu ilə bitirib 2011-2014-cü illərdə həmin universitetin fəlsəfə doktoru proqramı üzrə doktorantura pilləsində təhsilini davam etdirmişdir.
2012-ci ildə Bakı Dövlət Universitetinin nəzdində yaradılan tyutor kursunu fərqlənmə diplomu ilə bitirmiş və 2012-2017-ci illərdə Bakı Dövlət Universitetinin Magistratura və Doktorantura şöbəsində I dərəcəli akademik məsləhətçi (tyutor) vəzifəsində çalışmışdır. Eyni zamanda DİM ( keçmiş TQDK) Tələbə Məzun Sisteminin onlayn bazasında operator vəzifəsini icra etmişdir.
30.11.2016-cı ildə namizədlik dissertasiya işini müdafiə etmiş və 11.05.2018-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
*
20 sentyabr 2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir.
20.04.2022-ci il tarixdən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi vəzifəsinə keçirilib.
Ailəlidir, bir qızı var.*