Dekan:
|
Dekan müavini:
|
UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli online iclasının EŞ-172 №-li və 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ-173 №-li qərarlarının icrasını təmin etmək məqsədilə 19.10.2020-ci il tarixində “Texnolgiya və dizayn” fakültəsi ləğv edilərək onun bazasında “Rəqəmsal iqtisadiyyat” fakültəsi yaradılmışdır.
19.10.2020-ci il tarixində “Rəqəmsal iqtisadiyyat” fakültəsinin nəzdində “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrası yaradılmışdır.
“Rəqəmsal iqtisadiyyat” fakültəsinin və onun tərkibində olan kafedra respublikanın və xarici ölkələrin Universitetləri: AMEA-nın İdarəetmə İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu və Yüksək Texnologiyaları Parkı, Çexiyanın Prague Business School, Macarıstanın University of Dunaújváros və Litvanın Mykolas Romeris University və Vilnius Gediminas Technical University, həmçinin Hindistanın Aligarh Muslim Universit və Karadeniz Teknik Üniversitesi (KTÜ) ilə sıx elmi əməkdaşlıq edir.
2024/2025-ci tədris ilində fakültəyə 5 ixtisas üzrə 354 tələbə qəbul olub, onlardan 224 nəfəri 600-dən, 53 nəfəri isə 650-dən yuxarı bal toplayıb. Unversitet üzrə ən yüksək bal (692,8) Rəqəmsal İqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” (ingilis dilində) ixtisası üzrə olub.
*
Fakültə üzrə təhkim edilən kafedra:
Rəqəmsal texnologiyalar və tətbiqi informatika
Akademik heyət – 61 nəfər
*
*İxtisaslar:
– İnformasiya texnologiyaları
– Kommunikasiya sistemləri mühəndisliyi
– İnformasiya təhlükəsizliyi
– Kompüter elmləri
– Kompüter mühəndisliyi
UNEC-də “Mühəndislik” və “Rəqəmsal iqtisadiyyat” fakültələrinin nəzdində yaradılan laboratoriyaların işinin səmərəli idarə edilməsinin təmin olunması üçün “Laboratoriyaların işinin təşkili mərkəzi” yaradılmışdır.
UNEC-in Elmi Şurasının 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ 173 №-li qərarlarının icrasını təmin etmək məqsədilə UNEC-də “Mühəndislik” və “Rəqəmsal iqtisadiyyat” fakültələrinə xidmət edən aşağıda adları göstərilən laboratoriyalar yaradılmışdır:
– “Qida kimyası və mikrobiologiya” laboratoriyası;
– “Qida texnologiyaları” laboratoriyası;
– “Ekologiya” laboratoriyası;
– “Fizika 1″ laboratoriyası;
– “Fizika 2″ laboratoriyası;
– “Kimya 1″ laboratoriyası;
– “Kimya 2″ laboratoriyası;
– “Elektronika” laboratoriyası;
– “Elektrotexnika” laboratoriyası;
– “Materialşünaslıq” laboratoriyası;
– “Kommunikasiya sistem mühəndisliyi” laboratoriyası;
– “Maşın və sənaye mühəndisliyi” laboratoriyası;
– 2 “Komputer” laboratoriyası.