Dekan:
tex.f.d., dos. Cəfərov Elman Novruz oğlu

Əlaqə telefonu:+(994) 12 564-67-32
e-mail: elman.jafarov@unec.edu.az

3117 9

UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli online iclasının EŞ-172 №-li və 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ-173 №-li qərarlarının icrasını təmin etmək məqsədilə 19.10.2020-ci il tarixində “Texnolgiya və dizayn” fakültəsi ləğv edilərək onun bazasında “Rəqəmsal iqtisadiyyat” fakültəsi yaradılmışdır.

19.10.2020-ci il tarixində “Rəqəmsal iqtisadiyyat” fakültəsinin nəzdində “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrası yaradılmışdır.

UNEC-də “Mühəndislik” və “Rəqəmsal iqtisadiyyat” fakültələrinin nəzdində yaradılan laboratoriyaların işinin səmərəli idarə edilməsinin təmin olunması üçün “Laboratoriyaların işinin təşkili mərkəzi” yaradılmışdır.

*

Fakültə üzrə təhkim edilən kafedra:

Rəqəmsal texnologiyalar və tətbiqi informatika

*

Fakültədə aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:

050616     İnformasiya texnologiyaları

050615     İnformasiya təhlükəsizliyi

050509     Kompüter elmləri

050519     Kommunikasiya sistemləri mühəndisliyi

050656     Sistem mühəndisliyi.

*

İxtisas və ixtisaslaşmalar:

– İnformasiya texnologiyaları
– Kommunikasiya sistemləri mühəndisliyi
– İnformasiya təhlükəsizliyi

“Rəqəmsal iqtisadiyyat” fakültəsinin və onun tərkibində olan kafedra respublikanın və xarici ölkələrin Universitetləri: AMEA-nın İdarəetmə İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu və Yüksək Texnologiyaları Parkı, Çexiyanın Prague Business School, Macarıstanın University of  Dunaújváros və Litvanın Mykolas Romeris University və Vilnius Gediminas Technical University, həmçinin Hindistanın Aligarh Muslim Universit və Karadeniz Teknik Üniversitesi (KTÜ)  ilə sıx elmi əməkdaşlıq edir.

UNEC-in Elmi Şurasının 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ 173 №-li qərarlarının icrasını təmin etmək məqsədilə UNEC-də “Mühəndislik” və “Rəqəmsal iqtisadiyyat” fakültələrinə xidmət edən aşağıda adları göstərilən laboratoriyalar yaradılmışdır:

– “Qida kimyası və mikrobiologiya” laboratoriyası;

– “Qida texnologiyaları” laboratoriyası;

– “Ekologiya” laboratoriyası;

– “Fizika 1″ laboratoriyası;

– “Fizika 2″ laboratoriyası;

– “Kimya 1″ laboratoriyası;

– “Kimya 2″ laboratoriyası;

– “Elektronika” laboratoriyası;

– “Elektrotexnika” laboratoriyası;

– “Materialşünaslıq” laboratoriyası;

– “Kommunikasiya sistem mühəndisliyi” laboratoriyası;

– “Maşın və sənaye mühəndisliyi” laboratoriyası;

– 2 “Komputer” laboratoriyası.