Qəbul “Maliyyə və kredit”, “Mühasibat uçotu, təhlil və audit” və “Ümumi iqtisadiyyat” ixtisasları üzrə əyani, əyani-qiyabi və qiyabi təhsil forması üzrə aparılır.
Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, əyani-qiyabi forma üzrə 4 il 6 ay, qiyabi forma üzrə isə 5 ildir.
Rusiya Federasiyasının vətəndaşlarının qəbulu Rusiya Federasiyasının mövcud qaydalarına uyğun olaraq Vahid Dövlət İmtahanı (ЕГЭ) əsasında aparılır.
Xarici ölkələrin vətəndaşları üçün qəbul imtahanları riyaziyyat, rus dili və xarici dil fənləri üzrə həyata keçirilir.
Azərbaycan Respublikasının vətəndaşları üçün isə qəbul imtahanları riyaziyyat, coğrafiya, azərbaycan və ya rus dili fənləri üzrə həyata keçirilir.
2023-cü ildə qəbul olunanlar üçün tələb olunan sənədlərin qəbul müddəti
a) əyani təhsil forması üzrə:
b) əyani-qiyabi təhsil üzrə:
c) qiyabi təhsil üzrə:
Qiyabi təhsil formasına yalnız ali təhsil bazasında qəbul edilir.
Müsabiqədə iştirak etmək üçün sənədlər aşağıdakı keçiddən daxil olunaraq onlayn təqdim edilir: [email protected] və ya www.ageu–derbent.ru.
Əlaqə telefonları: 0124925903 (daxili nömrə: 1190); +79675820173
Ünvan: Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri,
Heydər Əliyev küçəsi ev 10B (auditoriya 101)