Təkrar ali təhsil ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda mütəxəssislərə verilən əlavə təhsil növüdür. Proqramlar arasındakı fərq təkrar ali təhsil və orta ixtisas təhsili verən müəssisə tərəfindən müəyyən edilir.
Mütəxəssis hazırlamaq işində çevikliyi və ayrı-ayrı şəxslərin əlavə ixtisas təhsili almaq arzusunu təmin etmək məqsədi ilə təkrar ali təhsil və orta ixtisas təhsili bu təhsili almaq istəyən şəxslərlə və ya onların işlədikləri idarə və təşkilatlarla müvafiq təhsil müəssisəsi arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.
Əvvəl aldığı ixtisasın baza proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda tələbə həmin fənlər üzrə məşğələlərdən və attestasiyadan azad olunur.
Təkrar ali təhsil üzrə proqram və tədris planı əsasında ali təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr dərəcəsi və ali təhsil haqqında diplom verilir.
Mərkəzdə 2021-2022-ci tədris ili üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təkrar ali təhsilə qəbul həyata keçirilir:
050406 Maliyyə
050409 Mühasibat
050405 İqtisadiyyat
050401 Beynəlxalq ticarət və logistika
050410 Statistika
050408 Menecment
050404 Dövlət və bələdiyyə idarəetməsi
050402 Biznesin idarə edilməsi
050407 Marketinq
050807 Sosial iş
050504 Ekologiya
050616 İnformasiya texnologiyaları
050615 İnformasiya təhlükəsizliyi
050509 Kompüter elmləri
050638 Sənaye mühəndisliyi
050606 Ekologiya mühəndisliyi
050635 Qida mühəndisliyi
050622 Maşın mühəndisliyi
050623 Materiallar mühəndisliyi
050619 Kommunikasiya sistemləri mühəndisliyi
050607 Elektrik və elektronika mühəndisliyi
050306 Dizayn (sahələr üzrə)
UNEC-in Zaqatala filialı üzrə
050406 Maliyyə
050405 İqtisadiyyat
050409 Mühasibat
050408 Menecment
050616 İnformasiya texnologiyaları
050402 Biznesin idarə edilməsi
050407 Marketinq
050810 Turizm işinin təşkili
*
Təkrar ali təhsilə qəbul olunan tələbələr öz seçimləri əsasında əyani və ya qiyabi təhsilalma formasında təhsillərini davam etdirirlər.