2000-ci ildə Аzərbaycan Dövlət İqtisad İnstitutunun Мaliyyə-kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib.
2002-ci ildən “Pul tədavülu və kredit” (indiki «Maliyyə və maliyyə institutları») kafedrasında müəllim vəzifəsində çalışır.
2013-cü ildə Daxili fiskal siyasət və dövlət maliyyəsi ixtisasına uyğun olaraq müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru diplomunu alaraq alimlik dərəcəsinə layiq görülüb.
50-dən çox elmi məqalənin (19 məqalə xarici mətbuatda dərc edilib), tədris metodiki vəsaitlərin, fənn proqramlarının müəllifidir. Umimilikdə 8 dərs vəsaiti və dərslikdə müəllif və həmmüəllifdir.
Bank işi, Bank uçotu, Pul, Banklar, Beynəlxalq valyuta kredit münasibətləri və xarici ölkələrin pul kredit sistemi, Qiymətli kağızlar və s. fənlər üzrə mühazirə və məşğələ dərslərini interaktiv qaydada tədris edir.
*
İşlədiyi müddət ərzində ixtisası üzrə əmək fəaliyyəti ilə məşğul olmuş, bankda iqtisadçı-mühasib, baş mühasib, auditor təşkilatında auditor vəzifələrində çalışmışdır.
2015-2016-cı tədris ilində universitetitdə müəllim heyəti arasında aparılan differensiallığın nəticələrinə görə reytinqdə ilk 100-lükdə yer alıb.
“Azərbaycanda Dövlət büdcəsi gəlirlərinin formalaşmasında potensial vergi mənbələrindən istifadənin beynəlxalq təcrübəsi” adlı monoqrafiyasının (2018) müəllifidir.
2017-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Elmlər Doktoru hazırlığı üzrə dissertanturasına qəbul olub.
2018-i ildən Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adina layiq görülüb.
Ailəlidir. Bir övladı var.