1939-cu il dekabrın 21-də Azərbaycan Respublikasının Kəlbəcər rayonu, Kəlbəcər qəsəbəsində anadan olmuşdur.
1957-ci ildə Kəlbəcər şəhər orta məktəbini medalla bitirərək, həmin ildə K.Marks adına Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakültəsinə daxil olmuşdur.
1962-ci ildə M.Kirov adına Azərbaycan Dövlət Universitetinin «İqtisadiyyat» fakültəsini fərqlənmə diplomu ilə qurtarmışdır.
1972-ci ildə SSRİ Dövlət Plan Komitəsinin “Yubiley medalı” və “Fəxri fərmanı” ilə təltif olunmuşdur.
1974-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
1962 – 1968-ci illərdə SSRİ Tikinti Bankının Azərbaycan kontorunda;
1968 – 1977-cu illərdə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda;
1977 – 1997-ci illərdə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunda işləmişdir.
1997-ci ildən 2017-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetində dosent vəzifəsində çalışıb. 2017-ci ildə təqaüdə çıxıb.
Müxtəlif vaxtlarda fakültə həmkarlar təşkilatı sədri işləmişdir. Moskva, Kiyev və Bakı şəhərlərində müxtəlif elmi nəşrlərdə və konfranslarda 60-dək məqalə və tezislərim çap edilmişdir. Çoxsaylı tədris vəsaitlərinin, o cümlədən dərslik proqramları və metodiki göstərişlər yazılmasında iştirak etmişdir.
*
2007-ci ildə dos. Bəşirovun «Bank işi» dərs vəsaitinin 7 və 8-ci fəsillərinin;
2008-ci ildə «İnvestisiyanın maliyyələşdirilməsi və kreditləşdirilməsi» dərsliyinin;
2012-ci ildə kafedra əməkdaşlarının «Pul və banklar» dərsliyinin 12-ci fəslinin, «İnvestisiya sferasında pul kredit münasibətləri»-nin müəllifidir.
Tədris etdiyi fənnlər:
– İnvestisiyanın maliyyələşdirilməsi və kreditləşdirilməsi;
– Bank işi;
– Pul və banklar.
“Doğma universitetimin bu günü ilə qürur duyuram!” (10.07.2017)