1974-cü ildə Bakı şəhərində anadan olub.
1981-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbə daxil olub.
1991-ci ildə həmin məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub.
1996-cı ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.
1996-cı ildə İqtisad Universitetinin aspiranturasının əyani şöbəsinə daxil olub.
1999-cu ildə aspiranturanı əla qiymətlərlə bitirib.
2000-ci ildə «Bankların idarəetmədə rolu və onun səmərəliliyi problemləri» mövzusunda dissertasiya müdafiə edərək «Maliyyə, pul tədavülü və kredit» ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
2000-ci ildən İqtisad Universitetinin «Bank işi» kafedrasının müəllimi vəzifəsində işləməyə başlayıb.
2008-ci ildən həmin kafedranın dosenti vəzifəsində çalışıb.
*
2000-2012-ci illərdə Azərbaycan Respublikası satınalmalar üzrə dövlət agentliyinin «İş və xidmətlərin satınalmasının tənzimlənməsi və şikayətlərə baxılması» şöbəsinin, «İqtisadi təhlil və nəzarət» şöbəsinin müdiri vəzifələrində çalışıb.
2016-cı ildə Beynəlxalq Menecment Akademiyasının müxbir üzvü seçilib.
Hazırda İqtisad Universitetinin «Maliyyə və maliyyə institutları» kafedrasının dosentidir.
Azərbaycan İqtisadçılar İttifaqının sədr müavinidir.
40-dan çox elmi əsərin müəllifidir.
*
UNEC müəllimi “2030-cu ilədək Rusiyanın iqtisadi inkişaf strategiyası”nın müzakirəsində iştirak edib (16.12.2016)
UNEC dosenti Beynəlxalq Menecment Akademiyasının müxbir üzvü seçilib (17.11.2016)