Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əlaqələr Departamentinin beynəlxalq reytinq işləri üzrə mütəxəssisi Turan Suleymanov Turkiyədə konfransda iştirak edib.
İstanbulda “QS: İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetləri reytinqi”nin ikinci nəşrinin təqdimatı ilə əlaqədar keçirilən konfransda universitetlərlə QS agentliyi arasında əlaqələrin genişləndirilməsi, əməkdaşların reytinq sahəsində peşəkarlaşması məsələləri müzakirə edilib. Rusiya, Qazaxıstan, Estoniya və Polşa universitetlərinin nümayəndələri reytinqdə ilərililəyişlər və bunun səbəbləri barədə fikirlərini bölüşüblər. UNEC-in nümayəndəsi təşkilatçılara QS ilə əlaqələrin inkişaf etdirilməsi və birlikdə daha yaxından əməkdaşlıq etmək niyyətini çatdırıb.