Azərbaycan Dövlət İqtisad Universitetin (UNEC) nümayəndələri Özbəkistanın Daşkənd şəhərində “Fizikanın fundamental və tətbiqi məsələləri” mövzusunda keçirilən Beynəlxalq konfransda iştirak ediblər.
Konfransda UNEC-in “Fizika və kimya” kafedrasının müdiri, fizika elmləri doktoru, dosent Rövnəq Rzayev və kafedranın professoru Rəna Babayeva “Laylı quruluşlu AIII BVI birləşmələri tipli qismən-nizamsız kristal yarımkeçiricilərdə fotokeçiricilik” mövzusunda çıxış ediblər.
Konfransda Almaniya, Rusiya, Pakistan, Koreya, Çin və Hindistan alimlərinin “Fizikanın fundamental və tətbiqi məsələləri” mövzusunda maraqlı çıxışları olub.