Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və Sənaye fakültəsinin üçüncü kurs tələbəsi Ümid Məmmədzadə Ukraynanın Odessa şəhərində təşkil olunan qaydasız döyüşün MMA versiyası üzrə “World MMA Network Maxmıx” turnirində ölkəmizi uğurla təmsil edib.
“Qafqazinfo”nun məlumatına görə, reytinq xarakterli turnirdə Ü.Məmmədzadə bütün rəqiblərinə qalib gələrək birinci yeri qazanıb.
İdman ustası Ü.Məmmədzadə qaydasız döyüş ilə uzun illərdir peşəkar səviyyədə məşğul olur. İdmançı qaydasız döyüş üzrə ikiqat dünya, habelə Avropa, üçqat respublika, Qafqaz çempionudur və bir sıra beynəlxalq turnirlərin mükafatçısıdır.