Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Vergilər Nazirliyi və UNEC-in birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan IX ümumrespublika olimpiadasının qalibi olublar. Tələbələrimiz “Vergilər” mövzusunda keçirilən olimpiadaya qoşulan 14 ali məktəbinin 300-dək tələbə və magistrantı arasından birinci yerə layiq görülüblər.
Qalib tələbələrimizi təqdim edirik:
I yer – Məmmədzadə Murad Teymur oğlu (UNEC)
II yer – Əlizadə Zümrüd Mürşüd qızı (UNEC)
III yer – Hüseynli İsgəndər Həbib (UNEC)
I yer tutduğuna görə Murad Məmmədzadənin müəllimi, UNEC-in “Vergi və vergiqoyma” kafedrasının müdiri, iqtisad elmləri doktoru Yaşar Kəlbiyev də xüsusi mükafata layiq görülüb.
Magistrantlar arasında mükafata layiq görülənlər aşağıdakılardır:
I yer – Həmidova Mədinə Bəhruz qızı (UNEC)
II yer – İsmayılov Orxan Oqtay (UNEC)
III yer – Əsədzadə Vüsal Həsən oğlu (UNEC)
UNEC-in magistrantı I yer tutduğuna görə həmin magistrantın müəllimi də xüsusi mükafata layiq görülüb.