06.07.1975-il tarıxində Tovuz rayonu Düzqırıxlı kəndində dünyaya gəlib. Orta təhsilinin ilk 3 ilini 1 saylı kənd məktəbində alaraq, tam orta təhsilini Sumqayıt şəhər 28 saylı riyaziyyat təmayülü orta məktəbdə başa vurmuşdur. 1992-ci ildə orta məktəbi bitirən il Azərbaycan Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakultəsinin “İqtisadi-nəzəriyyə” ixtisasına qəbul olub və 1997-ci ildə bu ixtisasın iqtisadçı və iqtisadi-nəzəriyyə müəllimi sahələrini bitirib. 1997-ci ildə Azərbaycan Elmlər Akademyasının İqtisadiyyat İnstitutunun İqtisadi Təlimlər Tarixi şöbəsində laborant kimi fəaliyyət göstərirmişdir. 1998-ci ildən 2000-ci ilədək Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitunun “Ümumiqtisadiyyat” kafedrasında baş laborant; 2000-ci ildən 2003-ci ilədək bu kafedrada asissent, 2003-cü ildən 2011-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasında 0,5 ştat assisent kimi fəaliyyət göstərib. 2012-ci ildən həmin kafedrada tam ştat müəllim vəzifəsində çalışıb. Hazırda həmin kafedranın baş müəllimidir.
20 elmi məqalə hazırlamışdır, bunlardan biri Ukraynanın Dnepro şəhərində elmi jurnalda çap olunan məqalə, biri UNEC-in yubileyi ilə əlaqədar Skopus indeksli elmi jurnalda çap olunan məqalə, digərləri isə Respublika daxili ayrı-ayrı Universitetlərdə keçirilən Elmi və Beynəlxalq Konfransların jurnallarında çap olunan məqalələrdir. Hazırki bu il 2022-ci ildə MDU-da keçirilən Beynəlxalq Elm Konfransında məqaləsi qəbul olundu və hətta Sertifikat da təqdim olundu., 2-ci məqalə ADNSU -də 24,25 tarixlərində keçirilən Beynəlxalq Konfransda qəbul olunub, nəşrə hazırlanır, 3-cü məqaləsi Xarici ölkə Skopus indeksli elmi jurnala göndərilib, hələ baxılır, 4-cü məqaləsi isə BANM-də aprel ayında keçiriləcək Beynəlxalq Konfransa göndərilib, artıq qəbul olunub.
Ailəlidir. İki övlad anasıdır.
*