UNEC reytinqi-ilk “onluğa” düşən müəllimlərin nailiyyətləri

04 APREL 2016 | VIEWS:

UNEC-də differensial əmək haqqı sistemi çərçivəsində müəyyən edilən müəllimlərin reytinq siyahısının aprelin 1-nə olan ilk 100-lüyü açıqlanıb.

Siyahıda təkcə ilk 10-luqda olan müəllimlərin 2015-2016-cı tədris ilində elmi-pedaqoji fəaliyyətinin bu günə qədər olan nəticələri göstərilir ki, bu əməkdaşların qeyd olunan dövr ərzindəki fəaliyyətləri nəticəsində UNEC beynəlxalq və milli jurnallarda 20 məqalə nəşr etdirib, 23 beynəlxalq və milli jurnallarda resenzent və redaktor qismində, 29 beynəlxalq və milli elmi tədbirdə təşkilat komitəsi üzvü, resenzent və moderator qismində, 21 beynəlxalq və milli konfransda isə məruzəçi qismində təmsil olunub. Eyni zamanda bu əməkdaşların fəaliyyəti nəticəsində UNEC-də 10 yeni sillabus hazırlanıb, 1 elmi kitab, 2 dərs vəsaiti,  12 proqram və 1 metodiki vəsait yazılıb, 7 beynəlxalq və milli treyninqdə və 1 beynəlxalq müəllim mübadilə proqramında iştirak edilib. Bütün bunlar isə qeyd olunan istiqamətlərdə UNEC-in göstəricilərinin yaxşılaşmasına və onun beynəlxalq və milli reytinqinin yüksəlməsinə xidmət edir.

Ümumiyyətlə, differensial əmək haqqı sisteminə bu günə qədər daxil olan məlumatların təhlili göstərir ki, UNEC professor-müəllim heyəti arasında elm, tədris və özünüinkişaf istiqamətlərindəki fəaliyyətlərdə əvvəlki dövrlərlə müqayisədə görünməmiş aktivlik müşahidə edilir. Elə bunun nəticəsidir ki, reytinq sistemində müəllimlər arasında çox ciddi rəqabət var və xidməti fəaliyyət balları da bir-birindən çoxcüzi şəkildə fərqlənir. Bu onu göstərir ki, yekun reytinq siyahısının müəyyənləşdirilməsi məqsədilə aparılan hesablamaların tamamlanacağı 30 iyun 2016-cı il tarixinə qədər siyahıda vaxtaşırı ciddi dəyişikliklərin olması mümkündür.

Reytinq sistemində ilk 10-luqda olan müəllimlərin 2015-2016-cı tədris ilindəki elmi-pedaqoji fəaliyyətinin bu günə qədərki nəticələrini təqdim edirik:

1.dos. Elşən Bağırzadə: UNEC Rektorunun müşaviri və Beynəlxalq iqtisadiyyat kafedrasının dosentidir. Elmi fəaliyyətlərinə 1 milli layihə tədqiqatçılığı, 2 beynəlxalq jurnalda məqalə müəllifliyi, 7 beynəlxalq jurnalda resenzentlik, 12 beynəlxalq və milli elmi tədbirdə təşkilat komitəsi üzvlüyü, resenzentlik və moderatorluq; tədris fəaliyyətlərinə 6 tədris komissiyası üzvlüyü, 2 yeni sillabus müəllifliyi, SABAH Qrupları və BİM fakültəsində müəllimlik; özünüinkişaf fəaliyyətlərinə isə 1 ixtisasa uyğun treyninqdə iştirak daxildir.

2.i.f.d. Nurhoca Akbulayev: UNEC İqtisadiyyat və işlətmə kafedrasının müəllimidir. Elmi fəaliyyətlərinə 9 beynəlxalq jurnalda resenzentlik, 1 beynəlxalq konfransda məruzəçilik, 3 beynəlxalq jurnalda məqalə müəllifliyi, 9 beynəlxalq və milli elmi tədbirdə təşkilat komitəsi üzvlüyü və resenzentlik daxildir. Tədris fəaliyyətlərinə isə Türk Dünyası İşlətmə Fakültəsində müəllimlik daxildir.

3.prof. Rəna Babayeva: UNEC Fizika və Kimya kafedrasının professorudur. Elmi fəaliyyətlərinə 1 beynəlxalq jurnalda resenzentlik, 4 beynəlxalq və milli konfransda məruzəçilik, 5 beynəlxalq və milli jurnalda məqalə müəllifliyi; tədris fəaliyyətinə isə 1 dərs vəsaiti və 1 proqram müəllifliyi və Texnologiya və dizayn fakültəsində müəllimlik daxildir.

4.prof. Rövnəq Rzayev: UNEC Fizika və Kimya kafedrasının müdiridir. Elmi fəaliyyətlərinə 3 beynəlxalq və milli konfransda məruzəçilik, 3 beynəlxalq və milli jurnalda məqalə müəllifliyi; tədris fəaliyyətlərinə isə 1 yeni sillabus və 2 proqram müəllifliyi və Texnologiya və Dizayn Fakültəsində müəllimlik daxildir.

5.dos. Elnarə Səmədova: UNEC Biznesin idarə edilməsi kafedrasının dosentidir. Elmi fəaliyyətlərinə 1 beynəlxalq konfransda məruzəçilik, 2 beynəlxalq və milli jurnalda məqalə müəllifliyi, 2 beynəlxalq jurnalda resenzentlik; tədris fəaliyyətlərinə  2 yeni sillabus və 1 dərs vəsaiti müəllifliyi, 1 tədris komissiyası üzvlüyü, 1 magistr rəhbərliyi, Biznes inzibatçılığı fakültəsində müəllimlik; özünüinkişaf fəaliyyətlərinə isə 4 ixtisasa uyğun treyninqdə iştirak daxildir.

6.dos. Fariz Əhmədov: UNEC İqtisadiyyat və işlətmə kafedrasının müdiridir. Elmi fəaliyyətlərinə 3 beynəlxalq və milli konfransda məruzəçilik, 8 beynəlxalq və milli elmi tədbirdə təşkilat komitəsi üzvlüyü, resenzentlik və moderatorluq, 4 beynəlxalq və milli jurnalda məqalə müəllifliyi, 3 beynəlxalq jurnalda resenzentlik;  tədris fəaliyyətlərinə 4 tədris komissiyası üzvlüyü, Türk Dünyası İşlətmə Fakültəsində müəllimlik; özünüinkişaf fəaliyyətlərinə isə 1 ixtisasa uyğun treyninqdə iştirak daxildir.

7.prof. Abbas Seyidov: UNEC Azərbaycan tarixi kafedrasının professorudur. Elmi fəaliyyətlərinə 1 elmi kitab müəllifliyi, 7 beynəlxalq və milli konfransda məruzəçilik, 1 milli jurnalda redaktorluq; tədris fəaliyyətlərinə 1 tədris komissiyası üzvlüyü və Kommersiya fakültəsində müəllimlik daxildir.

8.dos. Zabit Aslanov: UNEC Standartlaşdırma və sertifikasiya kafedrasının müdiridir. Elmi fəaliyyətlərinə 1 beynəlxalq konfransda məruzəçilik; tədris fəaliyyətlərinə 4 yeni sillabus, 5 proqram və 1 metodiki göstəriş müəllifliyi və Əmtəəşünaslıq fakültəsində müəllimlik daxildir.

9.dos. Leyla Hacıyeva: UNEC Marketinq kafedrasının dosentidir. Elmi fəaliyyətlərinə 1 beynəlxalq jurnalda məqalə müəllifliyi, 1 milli konfransda məruzəçilik; tədris fəaliyyətlərinə 1 yeni sillabus və 4 proqram müəllifliyi, 1 tədris komissiyası üzvlüyü və Kommersiya fakültəsində müəllimlik;özünüinkişaf fəaliyyətlərinə isə 1 dosent diplomu əldə etmək və 3 ixtisasa uyğun treyninqdə iştirak daxildir.

10.b/m Çimnaz Talıbova: UNEC Rus dili kafedrasının baş müəllimidir. Tədris fəaliyyətlərinə 1 beynəlxalq müəllim mübadilə proqramında iştirak və UNEC-də Rus dili müəllimliyi daxildir.

Qeyd: Reytinq sistemində professor-müəllim heyətinin reytinqi elm, tədris və özünüinkişaf istiqamətlərini əhatə edən 12 kriteriyada qruplaşdırılmış 100-dən çox fəaliyyət əsasında müəyyən edilir. Reytinq balının müəyyən edilməsində elmi istiqamətin payı 40%, tədris istiqamətinin payı 40%, özünüinkişaf istiqamətinin payı isə 20%-dir.

Mövzu ilə bağlı təfərrüatlar aprelin 6-da, saat 16:00-da Radio UNEC-in canlı efirində daimi Komissiyanın sədr müavini, i.e.n Elşən Bağırzadə ilə müzakirə ediləcək.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Fixbet - Starzbet - aviator oyna - omegle -

Venusbet

-

Loodgieter Den Haag

- tiktok takipçi satın al -

onwin

-

gizli hesap görme

- grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle - gizli hesap görme - ip stresser - vip transfer antalya - matadorbet - onwin