Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin 93-cü ildönümünə həsr edilən gənc tədqiqatçı və tələbələr üçün “Heydər Əliyev və Azərbaycanın müasir inkişafı” mövzusunda konfrans keçirilib.
Konfransın plenar içlasında Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafında misilsiz xidmətlərindən söz açıb. Sonra plenar proqrama uyğun olaraq konfrans öz işinə başlayıb.
UNEC-in dissertantı E.İsmayılova, mağistrant N.Şıxalızadəvə tələbə S.Haşımlının məruzələri dinlənilib. Məruzələrin müzakirəsindən sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.