1959-cu il martın 8-də Göyçay şəhərində anadan olmuşdur.
1976-1980-cı illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil almış və oranı Fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.
1980-1989-cu illərdə Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisadiyyat institutunda iqtisadçı vəzifəsindən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir.
1989-1992-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsində, Azərbaycan Dövlət İqtisadiyyat və Planlaşdırma və Azərbaycan Dövlət İqtisadiyyat Komitəsində baş mütəxəssis, bölmə və şöbə müdiri vəzifələrində çalışmışdır.
1994-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Qiymət və qiymətləndirmə» kafedrasında işləyib, 2018-ci ildən isə “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının dosentidir.
1993-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 2001-ci ildən dosentdir.
*
Beynəlxalq və respublika elmi-praktiki konfranslarında, beynəlxalq elmi konqers və seminarlarda məruzələrlə çıxış etmiş, yerli və xarici mətbuat səhifələrində elmi məqalələr dərc etdirmişdir.
Qiymətin əmələ gəlməsi və qiymətləndirməyə aid 2 dərsliyin, 2 dərs vəsaitinin, 30-a qədər elmi məqalənin, çoxlu sayda proqram və metodiki göstərişlərin müəllifidir.
Ailəlidir, iki övladı var.
*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
UNEC-də “Strateji Yol Xəritəsi” öyrənilir (19.01.2017)