4 mart 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1996-cı ildə Bakı şəhər 5 saylı orta məktəbi bitirmişdir.
1996-cı ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Qeyri-ərzaq mallarının əmtəəşünaslığı fakültəsinə daxil olub, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin həmin ixtisas üzrə bakalavr pilləsini, 2002-ci ildə magistratura pilləsini Fərqlənmə diplomları ilə bitirmişdir.
2002-ci ildə İqtisad Universitetinin “İstehlak mallarının keyfiyyət ekspertizası” kafedrasının assistenti, 2013-cü ildən isə baş müəllim vəzifəsində çalışır.
2013-cü ildə ANKPİ-də namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Magistr dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın katibidir.
32 elmi əsərin (14 tezis, 8 məqalə, 5 tipik proqram, 1 metodik göstəriş, 4 dərslik) müəllifidir.
Ailəlidir, iki övladı var.