30.12.1969-ci ildə Bakı şəhərində anadan olub.
1986-cı ildə orta məktəbi bitirib.
1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.
1991-1994-cü illərdə Bakı Dövlət Universitetinin əyani aspiranturasında təhsilini davam etdirib.
1995-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
1994-1997-ci illərdə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunda baş müəllim, 1997-2000-ci illərdə dosent vəzifəsində işləyib.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində dosent vəzifəsində çalışıb.
2009-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.
2011-ci ildən fizika elmləri doktorudur.
2012-ci ildən “Fizika və kimya” kafedrasının professoru olub.
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının professorudur.
1995-ci ildə ilk Respublika gənc alimlərinin müsabiqəsinin laureatı olub,
1997-ci və 2017-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibəti ilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
“Tədqiqatçı” adlarının təsis edilməsi haqqında UNEC-in 19.03.2019-cu il tarixli əmrinə əsasən 2024-cü ilin iyulunda prof. R.Babayevaya “Tədqiqatçı-professor” statusu verilib.
*
260-dan çox elmi və elmi-metodiki əsərin müəllifidir ki, onlardan 45-dən çoxu yüksək indeksli 7 Beynəlxalq elmi jurnallarda, 65-dən çoxu 10 müxtəlif ölkədə keçirilən mötəbər Beynəlxalq Elmi Simpozium və Konfransların materiallarında, digərləri isə Azərbaycan Respublikanın və Xarici Ölkələrin çox nüfuzlu elmi jurnallarında – bütövlükdə 12 müxtəlif elmi jurnalda çap olunmuşdur.
R.F.Babayeva ali məktəblər üçün yazılmış 4 fənn proqramının, 5 dərslik və dərs vəsaitinin müəllifidir.
Onun 2016-cı ildə Almaniyanın “LAP LAMBERT Academic Publishing” nəşriyyatı tərəfindən rus dilində 1 monoqrafiyası çapdan çıxmışdır.