1949-cu il dekabr ayının 10-da Göyçay şəhərində
anadan olub.
1956-1966-cı illərdə Göyçay şəhərində orta məktəbdə təhsil alıb.
1970-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1970-1972-ci illərdə Göyçay şəhər 2 №-li məktəbdə kimya müəllimi işləyib. 1973-1974-cü illərdə AEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda mühəndis vəzifəsində çalışıb.
1973-1974-cü illərdə N saylı hərbi hissədə qulluq edib.
1974-1991-ci illərdə AEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə kiçik elmi işçi, sonra isə elmi işçi vəzifəsində çalışıb.
1986-cı ildə AEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda namiəzdlik dissertasiyasını müdafiə edib. Kimya elmləri namizədidir.
1991-1993-cü illərdə Azərbaycan Texnologiya İnstitutunun Bakı filialında laboratoriya müdirı işləyib.
1993-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunda laboratoriya müdiri, asissent və dosent vəzifəsində çalışıb.
*
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Fizika və kimya” kafedrasının dosenti olub.
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
Üç övladı, nəvələri var.
UNEC müəllimlərinə beynəlxalq sertifikatlar təqdim olundu (09.03.2022)