UNEC-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və UNEC TGT-nin təşkilati dəstəyi ilə, Texnologiya və Dizayn fakultəsinin tələbələri üçün “Gənc dizaynerlərin komunikasiya həftəsi” adlı layihəyə start verilib.
Layihə çərçivəsində Azərbaycanın tanınmış rəssam-modelyeri, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova UNEC-in qonağı olub. F.Xələfova əvvəlcə UNEC tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olub. Sonra Texnologiya və Dizayn fakultəsinin tələbələri ilə görüşən rəssam-modelyer gənc dizayner, modelyerlərlə öz təcrübəsini bölüşüb. Dünyadakı moda industriyasından söz açıb.
Layihə çərçivəsində Adobe şəbəkəsinin Azərbaycan üzrə baş məsləhətçisi Rüstəm Həsənov, Beaty group şirkətinin qrafik dizayneri Amal Əlili, Kapiltal Bankın qrafik dizayneri Rəsul Həsənovla da görüş keçirilib.