UNEC-in prorektoru “Əməkdar müəllim” adına layiq görülüb

06 MART 2017 | VIEWS:

Sadet-xAzərbaycan Respublikası Prezidentinin 3 mart 2017-ci il tarixli Sərəncamı ilə UNEC-in Tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova təhsil sahəsində səmərəli fəaliyyətinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

S.Qəndilova Bakı şəhəri 190 saylı orta  məktəbi bitirib. 1967-1971-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsində  təhsil alıb. 1971-ci ildə həmin institutu bitirdikdən sonra aspiranturanın əyani şöbəsinə (istehsalatdan ayrılmaqla) qəbul olunub.

1975-ci ildən əmək fəaliyyətinə başlayan Səadət xanım, 1988-ci ilədək «Əməyin iqtisadiyyatı və təşkili» kafedrasında, müxtəlif illərdə baş laborant, aspirant, saathesabı müəllim və müəllim vəzifələrində çalışıb. 1988-ci ildən «İqtisadiyyatın idarə edilməsi» kafedrası təşkil edildiyi gündən, müəllim, 1991-ci ildən etibarən, artıq «Menecment və sahibkarlıq fəaliyyəti» adlanan həmin  kafedrada baş müəllim vəzifəsində işləyib.
1995-ci ildən «Menecment» kafedrasının dosentidir.

1985-ci ildə dissertasiya işini müdafiə edərək, iqtisad elmləri namizədi  alimlik dərəcəsini qazanıb. İqtisadiyyatın müasir problemlərinə həsr  olunmuş 50-dən artıq elmi məqalənin (o cümlədən xarici ölkələrdə nəşr edilmiş məqalələrin), 1 monoqrafiyanın, 1 dərs  vəsaitinin,  6 tədris üzrə kurs proqramının, eyni zamanda 2 dərsliyin  müş­tərək müəllifidir.

S.Qəndilova 1990-cu ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində Azərbaycan  Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun ixtisasartırma kursunu bitirib, 1999-cu ildə Azərbaycan Baş Pedaqoji kadrların ixtisaslarının artırılması və yenidən  hazırlanması İnstitutunda kurs keçib. Qərb Universiteti Gender Araşdırmaları Mərkəzinin təşkil etdiyi Humanitar və sosial fənlərin  tədrisində gender əsaslarının tətbiqi metodologiyası layihəsinin qısamüddətli  trenin­qində iştirak edərək «İqtisadi nəzəriyyədə gender aspekti» kursu üzrə sertifikat alıb.

Müxtəlif illərdə institutun Elmi İqtisadi Cəmiyyətinin (EİC) elmi katibi, Plan-iqtisad fakültəsinin Ekspert Komissiyasının məsul katibi, İnformatika və idarəetmə fakültəsinin Elmi Şurasının elmi katibi və sonralar həmin  fakültənin  Tərbiyə işləri üzrə dekan müavini vəzifəsində çalışıb. 2005-2014-cü illərdə UNEC-in «Hazırlıq»  fa­kül­təsinin dekanı vəzifəsində çalışıb. Universitetdə kafedra müdiri və dekan vəzifəsini tutmaq üçün yaradılmış müsabiqə komissiyasının katibi, eyni zamanda universitetin Həm­kar­lar İttifaqı Komitəsinin sədr müavinidir. Azərbaycan Respublikası Təhsil Na­zirliyinin Elmi-Metodiki Şurasının «İdarəetmə» bölməsinin, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoru­ğu İdarəsinin Ağsaqqallar Şurasının və Beynəlxalq Qa­dınlar Klubunun  üzvüdür. XX əsr «Azərbaycan  qadını» xatirə medalı, Azərbaycan Dövlət İqti­sad Uni­versitetinin «Fəxri fərmanı», Azərbaycan Respublikası Təhsil Nazir­liyinin «Azər­baycan Respublikası qabaqcıl təhsil işçisi» döş nişanı və Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən «Tərəqqi» medalı ilə təltif olunub.

Eyni zamanda Azərbaycan müəllimlərinin XII qurultayının və Azərbaycan qadınlarının II qurultayının mandatlı nümayəndəsi olub.

2014-cü ilin aprel ayından etibarən UNEC-in Tələbələrlə iş üzrə prorektoru təyin edilib.

UNEC kollektivi adından Səadət xanımı təbrik edirik, yeni-yeni uğurlar arzulayırıq!

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol