12 aprel 1953-cü ildə Quba rayonunda anadan olub.
1960-1970-ci illərdə orta məktəbdə təhsil alıb.
1974-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Xarici Dillər İnstitutunu bitirib.
1974-1975-ci illərdə təyinat üzrə Xaçmazda müəllim və dərs hissə müdiri vəzifələrində çalışmışdır.
1975-ci ildə Dəvəçidə ailə qurduğu üçün 1977-ci ilə qədər təyinatını orada davam etdirmişdir.
1977-1979-cu illərd Sovet Ordusu sıralarında xidmət etmişdir.
1979-1981-ci illərdə Elmlər Akademiyasında baş rəssam, 1981-1982-ci illərdə Azərbaycan Dövlət Universitetində təchizat üzrə agent, 1982-1991-ci illərdə Elmlər Akademiyasının Fizika İnstitutunda dizayner, tərcüməçi, müəllim, həmkarlar ittifaqının sədri vəzifələrində çalışmış, 1991-1993-cü illərdə 158 №-li orta məktəbdə müəllim və Yasamal rayonu üzrə inspektor vəzifələrində işləmişdir.
1993-cü ildə İngiltərənin Notingem Universitetində dərslik buraxmaq üzrə təkmilləşdirmə kursunu bitirib sertifikat almış, 1993-2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda baş müəllim və kafedra müdiri vəzifəsində çalışmışdır.
Namizədlik dissertasiya işini müdafiə edib. Filologiya üzrə fəlsəfə doktorudur.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Xarici dillər” kafedrasında baş müəllim vəzifəsində çalışıb.
*
2009-cu ildən Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun dissertantı olub.
24.09.2012-ci il tarixli (protokol № 26-k) qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 07.10.2016-cı il tarixli tarixli (protokol № 20-k) qərarı ilə dosent elmi adını almışdır.
2 tezisin, 30 məqalənin, 4 metodik vəsaitin və 2 dərs vəsaitinin, 2 proqramın, 1 dərsliyin, 1 vəsaitin tərcüməsinin, 1 monoqrafiyanın müəllifidir.
Ailəlidir, iki övladı var.