UNEC-lə “Azəravtoyol” ASC arasında təsərrüfat hesablı elmi-tədqiqat layihə işlərinin yerinə yetirilməsi haqqında müqavilə imzalanıb.
“Avtomobil yollarının saxlanması və inkişafına yönəldilən investisiyaların idarəedilməsi” mövzusunda podrat müqaviləsini “Azəravtoyol”un İdarə Heyətinin sədri Saleh Məmmədov və UNEC-in rektoru, professor Ədalət Muradov imzalayıblar.
Layihənin yerinə yetirilməsi məqsədilə UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərovun rəhbərliyi ilə işçi qrupu yaradılıb. Müqaviləyə əsasən, kafedranın əməkdaşlarından ibarət işçi qrupu altı ay ərzində “Azəravtoyol” ASC-nin sifarişi əsasında elmi-tədqiqat layihə işləri aparacaq.