“I UNEC Science Slam” – Maliyyə və mühasibat fakültəsinin qalibi müəyyənləşdi

27 APREL 2017 | VIEWS:

“I UNEC Science Slam” müsabiqəsinin ilkin mərhələsinə start verilib.

İlk mühazirələr UNEC-in Maliyyə və muhasibat fakültəsinin tələbələri arasında keçirilib.

Rektorun köməkçisi Ramil Cabbarov bildirib ki, dünyada yeni tətbiq olunmağa başlayan “Science Slam”ın məqsədi gənclər arasında elmin daha fərqli üsullarla, əyləncəli formada təbliği və onlarda elmi tədqiqata maraq oyatmaqdır. “I UNEC Science Slam” – UNEC tələbələrinin fərqli elmi-tədqiqat mühitidir. Ölkədə ilk dəfə olaraq UNEC-də təşkil olunan, elmi fəaliyyətin populyarlaşdırılmasına yönələn “Science Slam” müsabiqəsi bütün fakültələri arasında keçirilir. Fakültə qalibləri mayın 4-də final mərhələsində yarışacaq.

Sonra tələbələrin mühazirələri dinlənilib.

Səidə Xəlil “McDonalds ilə KFC arasında fərqlər və oxşarlıqlar” mövzusu ilə çıxış edib. Tələbə hər iki şirkət arasında oxşar və fərqli cəhətləri təhlil edib.

“Azərbaycanın inkişafında qiymətli kağızlar bazarının rolu” adlı təqdimatla çıxış edən Aygün Abbasova bu sektorun ölkənin iqtisadi inkişafındakı əhəmiyyətindən danışıb. Qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsi üçün təkliflər verib. Bildirib ki, informasiya təminatının artırılması, regionlarda qiymətli kağızlar bazarının filiallarının açılması bu sahənin inkişaf potensialını daha da artıracaq.

Şəfəq Baxışova “Albatrosa xoş gəldiniz” mövzusunda təqdimat edib. O, turizmin inkişafının ölkə iqtisadiyyatındakı rolundan danışıb.

“İqtisadi inkişafa aparan yol – kənd təsərrüfatı” mövzusu isə Xəzər Aslanovun təqdimatında dinlənilib. X.Aslanovun kənd təsərrüfatı məhsullarına aid əyani vəsaitlər və əyləncəli video materiallarla çıxışı tələbələrin daha çox marağına səbəb olub.

Sonda “Science Slam”ın fomatına uyğun olaraq qalib tələbələrin alqışları əsasında müəyyən edilib. Alqışların səs diapazonu xüsusi avadanlıq vasitəsilə ölçülərək, X.Aslanov 96.8 DbL nəticə ilə müsabiqənin qalibi olub. O, final mərhələsində Maliyyə və Mühasibat fakültəsini təmsil edəcək.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino